EN

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin sayı artırılıb

Dövlət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə təşkil edilən Seçki Komissiyasının iclası keçirilib.

Reyting.az 
Komitəyə istinadla xəbər verir ki, Seçki Komissiyası İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyənləşdirilməsi, həmçinin seçki gününün təyin edilməsi məsələlərini müzakirə edib.

İclas zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyinin daha da genişləndirilməsi, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində qurumun fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibinin genişləndirilməsi qərara alınıb və üzvlərinin say həddi 11 nəfər müəyyənləşdirilib.

Qeyd olunub ki, Seçki Komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilərin keçirilməsini qərara alıb.
Chosen
140
9
reyting.az

10Sources