Moskva istənilən ssenariyə hazırdır - Lavrov
Moskva istənilən ssenariyə hazırdır.APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.O, Rusiyanın Qərb ölkələri ilə təmaslara açıq olduğunu, lakin qeyri-dost addımlara sərt reaksiya verəcəyini, bununla belə, ölkəsinin istənilən ssenariyə hazır olduğunu söyləyib.Lavrov qeyd edib ki, Qərbin Moskva ilə bağlı siyasətinin mahiyyəti həmişə ondan ibarət olub ki, Rusiya həddən artıq güclüdür, həddindən artıq müstəqildir, bununla bağlı nəsə etmək lazımdır, yaxşı olar ki, onu məhv edək.O, bu gün 50-yə yaxın ölkənin Qərb tərəfindən Rusiyaya qarşı “nasist bayraqları altında” toplandığını vurğulayıb.
Xəbərin oxunma sayı :
124