Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlamağı planlaşdırır.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, buna səbə Avropanın aparıcı avtomobil istehsalçısının ucuz Asiya məhsulları ilə rəqabətdən üzləşdiyi zərərdir.
Bu addım şirkətin icraçı direktoru Oliver Blume ilə VW-də əhəmiyyətli təsirə malik olan həmkarlar ittifaqları arasında ilk böyük toqquşmaya işarədir. VW Almaniyadakı bir böyük avtomobil zavodu və bir komponent zavodunun köhnəldiyi qənaətindədir, lakin həmkarlara ittifaqları icra heyətinin planlarına "şiddətli müqavimət" göstərəcəyini açıqlayıb.
Keçmişdə analitiklər potensial bağlanma hədəfləri kimi Osnabrück (Aşağı Saksoniya) və Drezdendəki (Saksoniya) VW zavodlarını qeyd edirdilər.
Aşağı Saksoniya əyaləti Volkswagen-in ikinci ən böyük səhmdarıdır və bazar ertəsi bu planı yenidən nəzərdən keçirmək qərarını dəstəkləyib.
Volkswagen, 1994-cü ildən bəri qüvvədə olan və 2029-cu ilə qədər iş yerlərinin ixtisarının qarşısını alan iş proqramına son qoymaq məcburiyyətində qaldığını bildirərək, bütün tədbirlərin işçi şurası ilə müzakirə ediləcəyini əlavə edib.
VW markasının rəhbəri Tomas Şefer bildirib ki, "vəziyyət son dərəcə Qeyd edək ki, VW son beş il ərzində bazar dəyərinin təxminən üçdə birini itirib.
Musavat.com