EN

“Nərminə dedim ərin bilər, cavab verdi ki, qorxma, boş ev tap” – Qətlinin ŞOK TƏFƏRRÜATI

Naxçıvanda 1985-ci il təvəllüdlü Emil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı münasibətdə olduğu 2000-ci il təvəllüdlü Nərmini (adlar şərti verilib – red.) qətlə yetirib.

Emil 2020-ci ildə Nərminlə tanış olduqdan sonra onun evli olduğunu bildiyi halda, mütəmadi görüşməyə başlayıb.

Sonuncu dəfə Emil 18 iyun 2023-cü ildə saat 13.00-da dövlət qeydiyyat nişanı və sürücüsü istintaqa məlum olmayan, taksi işlədən şəxsin avtomobili ilə Nərminin anası Fidanın evinə gəlib. Nərmin də avtomobilə əyləşdikdən sonra birlikdə Emilin anası Məlahətin evinə gediblər.

Emillə Nərmin orada könüllü cinsi əlaqədə olublar, duş aldıqdan sonra evin salon otağındakı divanda əyləşiblər. Saat 16.00-da Nərmin Emildən 700 manat istəyib. Emil isə həmin məbləğdə pulunun olmadığını, ona 320 manat verə biləcəyini deyib.

Bu zaman Nərmin nalayiq ifadələrlə Emili təhqir edib. Emil Nərminin dəfələrlə onun ünvanına təhqiredici ifadələr işlətməsindən əsəbiləşib, onu cəzalandırmaq qərarına gəlib. Boynunda olan dəsmalı oturduğu divanda yanında arxası ona tərəf əyləşmiş Nərminin boyun nahiyəsinə salaraq hər iki əli ilə sıxaraq onu boğub. Nərmin “Emil, boğuluram” desə də, buna əhəmiyyət verməyib, onu 6-7 dəqiqə ərzində boğmaqla qətlə yetirib.

Nərminin öldüyünə əmin olan Emil meyiti mənzildə qoyaraq qapını bağlayıb və Naxçıvan şəhərindəki mənzilinə gedib. Paltarlarını dəyişdikdən sonra təkrar hadisə yerinə qayıdıb. Meyiti evin həyətindəki zirzəmiyə aparıb.

Daha sonra qeyd olunan ünvanda yerləşən mənzilinə qayıdıb. Növbəti gün, yəni iyunun 19-da saat 05:22, 05:24 və 05:26 radələrində polis əməkdaşı İlqara SMS-lə, sonra isə telefonla yenə polis əməkdaşlarına Qaraxanbəyli kəndində adam öldürməsi və meyitin yeri barədə məlumatlar verib. Həmin ünvana gedən polis əməkdaşları Nərminin meyiti evin həyətindəki zirzəmidə aşkar ediblər.

İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Gülümsəməsinin səbəbini soruşdum”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ildə Naxçıvan şəhər Nəqliyyat İdarəsində qeydiyyatçı işləyərkən dükandan su almaq üçün icra hakimiyyətinin yanındakı dayanacağa gedib:

“Avtobusa mindikdə ətrafa göz gəzdirdim. Bir xanım mənə baxırdı. Əvvəlcə onun məni kiməsə bənzətdiyi üçün baxdığını düşündüm. Yenidən ona tərəf çevrildikdə hələ də baxmağa davam etdiyini gördüm. Bağçanın yanına – son dayanacağa çatanda avtobusdan düşüb evimə getdim.

Bir gün idarəyə gedərkən həmin xanımın dayanacaqda avtobus gözlədiyini və yenə mənə baxdığını görsəm də, əhəmiyyət vermədim. Bu proses bir həftə bu cür davam etdikdən sonra xanımın arxasınca gedərək yaxınlaşdım və mənə baxaraq gülümsəməsinin səbəbini soruşdum. O, evli olduğunu söylədi. “Mən də evliyəm, amma niyə mənə baxıb gülümsədiyinizi bilmək istədim” dedim.

Daha sonra nömrəmi ona verdim. Dedim ki, işə gecikirəm, nə isə sözünüz olsa, mənə zəng edə bilərsiz. İdarədə olarkən mənə tanımadığım nömrədən zəng gəldi. Əlaqə saxladıqda həminki xanım olduğunu bildim. Xanım mənə növbəti gün görüşməyi təklif etdi. Mən də qəbul etdim”.

“Hər dəfə görüşdükdə pul istədi”

Emil qeyd edib ki, növbəti gün onlar “Qızlar bulağı”nda görüşüblər: “Mən Nərminə “siz evlisiniz, kənardan görən olar, ailəniz bilər, sizin üçün problem yaranar” dedim. Nərmin isə ürəkli olmağımı, çəkinməməyimi məsləhət gördü. Daha sonra işə gecikdiyim üçün getməli olduğumu, vaxtım olarsa, sonrakı gün görüşə biləcəyimizi dedim.

Səhəri gün saat 12.00-da “Park AVM”də görüşdük, söhbət etdik. Nərmin ərini sevərək evlənmədiyini söylədi. Bir qədər sonra aramızda yaxınlaşma oldu. O, məndən boş ev tapmağımı istədi. Mən də öz evimin olduğunu dedim. Biz görüşüb cinsi əlaqədə olduq.

Bundan sonra əlaqələrimizin problemə səbəb ola biləcəyini düşündüyüm halda, ona bağlandığımdan münasibəti davam etdirdim. Nərmin hər dəfə mənimlə görüşdükdə pul istəyir, ancaq məcbur etmirdi. Mən də öz razılığımla ona istədiyi məbləği verirdim.

Münasibətlərimiz davam etdiyi müddətdə Nərminə, onun övladına geyimlər almışam, evi üçün bazarlıq etmişəm. Övladının ad günündə ərzaq almışam, onu “Su səsi” və “Xan çinarı” restoranlarına gəzmək üçün aparmışam.

Nərmin məndən bacısı üçün 250 manat, qardaşı üçün 150 manat istədikdə onları da ödəmişəm. 8 martda bacısı vasitəsilə Nərmin üçün pul göndərmişən. Həmçinin qardaşının telefonunu düzəltdirmək üçün 30 manat pul vermişəm”.

“Pis yola düşməsini istəmədim”

Emil deyib ki, bir gün evdə olarkən Nərminin ərinin xalaqızısı ona zəng edib, ondan “siz evli qadınla danışdığınız üçün utanmırsınız?” deyə soruşub: “Mən ona aramızdakı münasibəti Nərminin başlatdığını dedim. O da Nərminin tək mənimlə ünsiyyət saxlamadığını, telefonundan başqa nömrə və şəkillər tapdıqlarını da söylədi.

Bundan sonra Nərmin zəng edərək ərinin dayısı nəvəsinin gecə saat 00.00-da onun yataq otağına girməsi barədə danışdı. Eşitdiklərimdən sonra Nərminin pis yola düşməsini istəmədiyimdən münasibətimə davam etdim. Onu özümdən uzaqlaşdırmadım.

Lakin Nərmin son vaxtlar çox dəyişdi, telefonu daima məşğul olurdu. Ondan kiminlə danışdığını soruşduqda, xalaqızısı ilə danışdığını deyirdi”.

“Dedi, kişi olsaydın, o pulu mənə verərdin”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nərmin əri ilə yola gedə bilməyib, ərinin başqa qadınla münasibəti olub, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər: “Hadisə günü səhər saatlarında Nərmin anası ilə mediasiyadan sənədlərini götürmək üçün getdi. Ona zəng etdim, görüşmək istədim. Mənə ərinin uşağı götürmək üçün gələcəyini, daha sonra mənimlə əlaqə saxlayacağını dedi.

Günorta saatlarında taksi ilə Nərmini götürdüm və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindəki anama məxsus evə apardım. Biz iki dəfə cinsi əlaqədə olduqdan sonra Nərmin divanda arxası mənə tərəf əyləşdi, söhbət etməyə başladı. Məndən 700 manat istədi. Nərmin əvvəlcədən danışdıqlarımıza əsasən 100 manat övladı üçün, 100 manat bacısı üçün, 120 manat isə don almaq üçün olmaqla ümumilikdə 320 manat verəcəyimdən üstümdə əlavə pulu olmadığını söylədim. Ona bütün ehtiyaclarını ödədiyim halda 700 manatı nəyə görə istədiyini soruşdum.

Bir neçə dəfə təkrar soruşmağıma baxmayaraq Nərmin cavab vermədi və üz ifadəsi dəyişdi. Ondan niyə üz ifadəsinin dəyişdiyini, cavab vermədiyini soruşdum. “Ay şəxsiyyətsiz, şərəfsiz, sən kişi deyilsən, nakişisən, sən kişi olsaydın o pulu mənə verərdin” deyə nalayiq ifadələr işlətdi”.

“Adam öldürməyimələ bağlı mesaj yazdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman gözünə heç nə görünməyib və əsəblərini cilovlaya bilməyib: “Boynumdakı dəsmalı Nərminin boynuna salıb sıxdım. Sıxdıqda onun əlləri boşaldı. Bundan sonra keçindi, sürüşərək divandan yerə düşdü. Dəsmalı onun boğazından çıxardım. Özümdə olmadığından divanın üstündəki yastığı götürüb Nərminin ağzına qoydum. Sonra onun gözlərinin qızardığını, əllərinin kilidləndiyini gördüm. Anidən diksinib özümə gəldim. Özü-özümə “Emil, sən nə etdin?” deyə soruşdum.

Bir qədər sonra qapını bağlayaraq öz evimizə getdim. Ancaq narahat olduğum üçün orada qala bilmədim, geri qayıtdım. Yay ayı olduğundan meyit evdə iylənməsin deyə Nərmini qucağıma alıb evin zirzəmisinə apardım, evimizə qayıtdım. Evdə törətdiyim əmələ görə qaçmamalı, gizlənməməli olduğumu düşündüm. Sadəcə son gecəni ailəmlə keçirdikdən sonra təslim olmaq qərarına gəldim.

Gecə Nərminin rəfiqəsi mənə zəng etdi, Nərmini soruşdu, anasıgilin narahat olduğunu və onu axtardığını dedi. Özüm təslim olmaq istədiyimdən hadisə barədə heç nə demədim. Nərmindən xəbərim olmadığını bildirdim.

Səhər tezdən əvvəlcə polis işçisi İlqara cinayət törətməyimlə bağlı mesaj yazdım. Ondan cavab gəlməyəndə eyni mesaji saat 05.22-də digər polis işçisinə göndərdim, o da cavab vermədi. Daha sonra İlqar zəng edərək mənə “sabahın xeyir, mesaj yazmısan, deyəsən bizlə zarafat edirsən” dedi. Mən isə ciddi olduğumu bildirdim. Məndən harda olduğumu soruşdu. “Evdəyəm, hadisə yerinə gəlirəm” dedim.

Ana-atama tutduğum əməl barədə danışdım, polisə dediyimi və təslim olmağa getdiyimi bildirərək onlarla sağollaşdım. Evdən çıxdıqda qapıda İlqar müəllimi gördüm. Onun maşınına əyləşərək hadisə yerinə getdim”.

“Çox peşmanam”

Təqsirləndirilən şəxs bildirib ki, onların münasibətini Nərminin anası bilməsə də, bacısı və qardaşı bilib: “Nərminlə bəzən sözümüz olsa da, nə ona, nə də ailə üzvlərinə pis olmamışam.

Hadisə günü içki, yaxud hər hansı dərman qəbul etməmişəm. Əvvəlcədən onu öldürmək niyyətim olmayıb. Bu yaşımadək heç kəsə mənim ləyaqətimi alçatmağa icazə vermədiyimdən Nərminin nalayiq ifadələri mənə pis təsir etdi. Özümdən çıxaraq onu öldürmüşəm. Epilepsiya xəstəsi olduğumdan əsəblərim yerində deyil, tutduğum əməldən çox peşmanam”.

“Ömürlük həbs edilməsini istəyirəm”

İş üzrə zərərçəkmiş Nərminin anası Fidanın sözlərinə görə, Emilin qızı ilə əlaqəsi olduğunu bilməyib: “Emili daha əvvəl görməmişəm. Hadisədən sonra əlaqələrinin olduğunu və qızımı onun öldürdüyünü öyrənmişəm.

Xəstəxanadan səhər-səhər mənə zəng edib qızımın ora gətirildiyini söylədikdə oğlumla birlikdə xəstəxanaya getdik. Nərminin öldüyünü orada bildim. Emilin ömürlük cəza verilməsini, güllələnməsini, ya da asılmasını istəyirəm”.

“Arvadımı maşın vurduğunu söylədilər”

İş üzrə şahid qismində ifadə verən Nərminin həyat yoldaşının sözlərinə görə, 2020-ci ildə evləniblər, övladları olduqdan sonra Nərminin onun anası ilə yola getməyib, ev işləri görməyib: “Buna görə münasibətimiz korlandı və hadisə baş verməmişdən əvvəl biz boşanmaq üçün məhkəməyə müraciət etdik.

Təqsirləndirilən Emili bir neçə dəfə avtobusda görmüşəm. Arvadımla münasibətindən xəbərim olmayıb.

Nərminə mənim və anamı yola saldıqdan sonra evdəkilərə heç nə demədən övladımla birlikdə evdən getdi. Bu barədə mənə evdən zəng edərək məlumat verdilər.

Təxminən 2-3 gün sonra qayınanam Fidan anama zəng edərək Ramazan bayramını təbrik etdi. Nərminlə münasibətlərimizi soruşdu. Fidana Nərminin evdən çıxıb getdiyini dedik. Nərminin xalasıgilə getdiyi məlum oldu. O vaxta qədər mən və ailəm Nərminin özbaşına evdən getdiyinə görə onun harada olması ilə maraqlanmamışıq.

Bir neçə dəfə Nərmingilə getdik, evə qayıtmağı təklif etdik. Ancaq geri qayıdarsa, atamla barışacağını, lakin anamın üzünə baxmayacağını söylədi. Buna görə də onunla razılaşmadıq, Nərmin geri qayıtmadı.

Bir dəfə Nərminə zəng edərək övladımı görmək istədiyimi bildirdim. Uşağı götürdüm. Birlikdə vaxt keçirdikdən sonra onu təhvil vermək üçün Nərminə zəng etdim. Nərmin zənglərimə cavab vermədi. Uşağı bacısına verdikdə ondan Nərmini soruşdum. O, Nərminin yerini bilmədiyini söylədi.

Növbəti gün işdə olarkən evdən mənə zəng edərək arvadımı maşın vurduğunu, İran məscidinə gəlməli olduğumu söylədilər”.

Bu cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Emil 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilib. (teleqraf.com)

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç

.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}

.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}

.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}

.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}

.temu-button:hover {background-color: #e03e00;}

Chosen
11770
2
bizimshow.az

10Sources