Onkoloji xəstəliklərlə mübarizədə duzun möcüzəvi təsiri araşdırılıb.
“Fridrix Şiller” adına universitetin professoru Kristina Zelinski son elmi işində adi duzla maraqlı nəticələr alıb. Məlum olub ki, tibdə xlorid natriy kimi qeyd olunan duz immun sistemini möhkəmləndirir.
Onkoloji xəstəliklərlə mübarizədə əsas T – killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir. Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür.
Şişlərin özündə də yüksək natriy konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natriy konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayır.
Elmi işlər sübut edib ki, natriy digər T hüceyrələrini də aktivləşdirir. Eksperiment siçanlar üzərində aparılıb və onlara duzla işlənmiş T hüceyrələr köçürülüb. Nəticədə onlarda metobolik proseslər yüksəlib.