MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunublar.
Ulusal.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Doqquz üzv ölkədən başqa, MDB ölkələrinin liderləri də dəvət olunub”, – deyə Uşakov bildirib.
O qeyd edib ki, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib.
“Təbii ki, təşkilata üzvlüyə və ya BRİKS-də əməkdaşlığın bu və ya digər formasına can atan bir çox ölkələrin liderləri də dəvət olunub”, – deyə Uşakov bildirib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 23 dövlət artıq iqtisadi bloka qoşulmaq arzusunu bildirib.