EN

Ötən ay neçə nəfər ZƏHƏRLƏNİB?

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.
 
Bu barədə Moderator.az-a KTM-dən məlumat verilib.
 
Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.
 
Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.
 
Həkimlərin səylərinə baxmayaraq, sirkə turşusundan zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) dünyasını dəyişib.
 
Chosen
131
23
moderator.az

10Sources