Lerik rayonunda 1973-cü il təvəllüdlü Kaqo kənd sakini İlham Mikayıl oğlu Əliyev bu səhər meşədən odun yığarkən iri gövdəli çürümüş ağac onun üzərinə aşıb.
Bizim.Media xəbər verir ki, İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim,Media, Cənub bürosu