"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Nəticədə, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb./News24.az