EN

Moldova vətəndaşları Rumıniya ilə birləşməyə qarşı çıxıblar

...Moldova vətəndaşlarının təxminən 60 faizi respublikanın Rumıniyaya qoşulması ideyasının əleyhinədir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, bunu Moldovanın Date Inteligente (iData) şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Qeyd edək ki, sorğu avqustun 19-dan 25-dək aparılıb və Moldovanın müxtəlif şəhərlərindən 1004 nəfəri əhatə edib. Tədqiqatın səhvi 3 faizdir.

Əli Babayev

Chosen
185
31
sia.az

10Sources