Türkiyəli müğənni-aktyor Yavuz Bingöl beşinci dəfə evlənməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, sənətçi özündən 21 yaş kiçik olan memar nişanlısı Nilşah Ağaoğlu ilə nikah masasına oturacaq.
6 ildir münasibətdə olan cütlük oktyabrın 25-də Ayvalıkda toy edəcək.
Yavuz Bingölün nikah şahidi yaxın dostu Oktay Kaynarca, Nilşah Ağaoğlunun şahidi isə müğənni Elif Buse Doğan olacaq.