EN

NATO Baş katibinin müavini vəzifəsini tərk edir

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı NATO yayıb.

Məlumata görə, Mirça Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

“Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı çatdırıram", - deyə Stoltenberq qeyd edib.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
8
demokrat.az

9Sources