EN

Luis Suares millidəki karyerasını başa vurub

ABŞ-nin “İnter Mayami” klubunun uruqvaylı futbolçusu Luis Suares millidəki karyerasını başa vurub.Elchi.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.“Cümə günü, sentyabrın 6-da ölkəmin milli komandasında son oyunum baş tutacaq”, – L.Suares bildirib.Qeyd edək ki, 37 yaşlı Suares Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikinci (ən çox oyunu Dieqo Qodin keçirib – 161) göstəricidir. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.Havar Şəfiyeva 

Chosen
42
8
elchi.az

10Sources