Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib.
Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.