Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.Metbuat.az bildirir ki,Hücumun mülki infrastruktura həyata keçirildiyinə işarə edən Zelenski, mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib və əlavə edib: “Adi yaşayış binaları, şəhərdəki məktəblərə, tibb müəssisələrinə ziyan dəyib”.Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib.Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını “terror aktları” kimi xarakterizə edən Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.