Dünyaca məşhur supermodel Naomi Kempbell ailəsi ilə Yunanıstana tətilə yollanıb.
OLAY yazır ki, podium ulduzu istirahətdə olarkən belə paparatsiyaların gözündən yayına bilməyib.
54 yaşlı model yeni sevgilisi dicey Rampa ilə çimərlikdə dincələrkən görüntülənib. Naomi üzərinə günəş şüalarından bronzlanmış bədənində qüsursuz görünən qar kimi ağ bikini geyinib.
Görünüşünü Kempbell zolaqlı papaq, böyük eynək və çoxlu aksesuarlarla tamamlayıb. Ulduzun sevgilisi Naominin fonunda çəhrayı şortda çox təvazökar görünüb.
Modelin hazırkı sevgilisi haqqında çox az şey məlumdur. Dicey Rampanın əsl adı Qreqor Zutterlindir. Qərb mətbuatının yazdığına görə, o, “Keinemusik” musiqi leyblinin yaradıcısıdır.
Naominin uşaqları da Yunanıstanda istirahət edir. Lakin model onları mətbuatdan və ictimaiyyətdən gizlədir. Keçən yay məlum olub ki, Kempbell surroqat ananın köməyindən istifadə edib.
İndi Kempbell oğlu və qızını böyütməyə daha çox vaxt ayırır. Amma pərəstişkarlar onlar haqqında demək olar ki, heç nə bilmirlər. Naomi uşaqların təkcə üzlərini deyil, adlarını da gizlədir və onlar haqqında yalnız ümumi ifadələrlə danışır.
Məşhur model varislərinə ən yaxşısını verməyə ümid edir.