EN

Parlament komitələrində ciddi dəyişikliklər: Rəhbərlər kim olacaq?

Parlament komitələrində ciddi dəyişikliklər: Rəhbərlər kim olacaq?

Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.Maraqlıdır, Milli Məclisin komitələri necə formalaşacaq?Modern.az xəbər verir ki, Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin komitələri yaradılır.Milli Məclisin komitələri Milli Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunan "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyət göstərirlər.Milli Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.15 deputatdan çox üzvü olan komitə köməkçi komitə yarada bilər.Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.Milli Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Milli Məclisin iclasında azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin tərkibinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.Milli Məclisin deputatı heç bir komitənin üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı komitələrin birinə daxil edir.Komitənin iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komitə sədrinin müavini aparır.Komitənin sədri komitənin işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komitənin ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komitənin işini Milli Məclisin digər komitələrinin və komissiyalarının işi ilə əlaqələndirir, komitənin iclasının protokolunu imzalayır.Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin müəyyən işlərinə rəhbərlik edir.Qeyd edək ki, VI çağırış Milli Məclisdə 15 komitə olub. Bunlar Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitəsi, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələridir.Məlumata görə, yeni çağırış parlamentin komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq.

Chosen
24
14
afn.az

10Sources