İrlandiyanın Baş naziri Saymon Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş üçün Kiyevə səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” İrlandiyanın RTE telekanalına istinadən məlumat yayıb.
Bildirilib ki, liderlər Rusiya ilə Ukrayna arasındakı müharibəni, Avropa İttifaqının Kiyevə dəstəyini, eləcə də ölkənin Avropa İttifaqına daxil olmaq üçün müraciətini müzakirə edəcəklər.