Ermənilər Qarabağ bölgəsində Azərbaycanın həyata keçirdiyi sürətli quruculuq işlərindən təəccüblənib və öz hökumətlərini bu məsələyə görə tənqid etməyə başlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkələrdə paylaşımlar edirlər.
Onlar bildirirlər ki, Ermənistan hökuməti son 30 il ərzində Qarabağda yalnız kilsələrin inşası ilə məşğul olub. Bu müddət ərzində bölgənin iqtisadi inkişafı, sosial infrastrukturu və digər mühüm sahələrdə heç bir əhəmiyyətli irəliləyiş əldə edilməyib.
Bu vəziyyət, Ermənistan cəmiyyətində hökumətin qeyri-kafi fəaliyyətinə qarşı narazılığı artırıb və Azərbaycanın bölgədəki sürətli inkişafı Ermənistanın keçmiş idarəetmə siyasətini daha da ön plana çıxarıb.