İsrail beynəlxalq vasitəçiləri əmin edib ki, girov müqaviləsinin ikinci mərhələsi çərçivəsində Qəzza-Misir sərhədindən qoşunların tam çıxarılmasına razıdır.
Azpost.info xəbər verir ki,bu barədə “Times of Israel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Benyamin Netanyahunun İsrailin Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində olmadığı barədə çıxışından bir neçə saat əvvəl İsrail kəşfiyyat xidməti “Mossad”ın direktoru David Barnea təcili olaraq Dohaya uçdu. Orada o, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taniyə məlumat verdi ki, İsrail HƏMAS hərəkatı ilə razılaşmanın ikinci mərhələsində qoşunlarını sərhəddən tamamilə çıxarmağa razılaşıb.
Avqustun 29-da İsrailin hərbi-siyasi kabineti Filadelfiya dəhlizində qoşunların mövcudluğunu saxlamaq barədə qərar qəbul edib. “The Jerusalem Post” xəbər verib ki, kabinet qüvvələr xəritələrini səkkiz səs çoxluğu ilə təsdiqləyib. Müdafiə naziri Yoav Qalant bunun əleyhinə səs verib, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə səsvermədə bitərəf qalıb.
Sentyabrın 1-də Qalant ayrıca bəyanat yayaraq hökuməti bu qərara yenidən baxmağa çağırıb. Netanyahu sentyabrın 2-də keçirdiyi mətbuat konfransında ayrı-ayrı siyasətçilərin bu mövqeyindən çaşqınlıq hissi keçirdiyini bildirib və müharibə şəraitində hökumət birliyinin zəruriliyinə işarə edib.
Azpost.info