EN

“Payım” sosis və kolbasalarında zərərli maddələr var

Payım” şirkətinin istehsal etdiyi əksər növ sosis və kolbasaların tərkibində insan orqanizmi üçün zərəri hesab edilən qida əlavələri var.

XALQ.AZ  xəbər verir ki, bu barədə sözügedən şirkətin rəsmi internet səhifəsində də məlumat var. Belə ki, şirkət istehsal etdiyi kolbasa və sosislərin tərkibi barədə saytında geniş məlumat yerləşdirib. Bu məlumatlarda hansı növ kolbasa və sosisin tərkibində hansı qida əlavəsinin olduğu aydın görünür. Məsələn, “Payım” şirkətinə məxsus südlü sosislərin, yarım hisə verilmiş “Oxotniçya”, “Krakovskaya”, “Keşlə Servelat”, “Doktorskaya” və sair kolbasalarının tərkibində orqanizm üçün zərərli hesab edilən E300, E330 və E450 qida əlavələri var.

Olduqca zərərli hesab edilən E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng riskini artırır. E330 qida əlavəsi də olduqca zərərli hesab edilən əlavələrdəndir. Belə ki, bu qida əlavəsi də xərçəng riski yaradan əlavə hesab edilir. Təsvir edin ki, xərçəng riski yarada bilən iki zərərli qida əlavəsi bir ərzağın tərkibində mövcuddur.
Bunan başqa, yuxarıda adını çəkdiyimiz kolbasa və sosislərin tərkibində olan E450 qida əlavəsi də zərərli hesab edilənlərdəndir. Belə ki, E450 mədə pozulmasına səbəb olan qida əlavəsidir.

Mütəxəssislər tərkibində bu qədər zərərli qida əlavəsi olan bu cür qidalardan uzaq durmağı məsləhət görürür. Uşaqlara isə ümumiyyətlə belə qidaların verilməsi məsləhət görülmür.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

  

Chosen
87
10
xalq.az

10Sources