EN

Əs-Sisi ilk dəfə Türkiyədə - Fotolar - YENİLƏNİB

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək.

“TRT Haber” xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək.

Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edəcəklər.

***

Misir Prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb.

Əs-Sisini Esenboğa hava limanında türkiyəli həmkarı Ərdoğan qarşılayıb. 

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
16
cebheinfo.az

10Sources