EN

"Erməni separatçılar bilməli və anlamalıdırlar ki...." - PARTİYA SƏDRİ


"Ermənistanda revanşist qüvvələrin yenidən aktivləşməsi, Azərbaycana qarşı açıqlamalar, bəyanatlar verməsi və hələ utanmadan "beynəlxalq təminat adı altında Qarabağa qayıdış”dan dəm vurması ondan xəbər verir ki, bunlar "dəmir yumruq” üçün yenə darıxıblar.” –  7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Ermənistandakı separat qüvvələrin sentyabrın 2-də Azərbaycana qarşı səsləndirdiyi ittihamlara münasibət bildirərkən söyləyib.

"Belələri həyadan, abırdan tam uzaq adamlardı. Gerçəkdən! Bir qrup dələduz, rəzil, tör-tüküntü Ermənistanın keçmiş xairici işlər nazirini də salıblar yanlarına və ağızlarına gələni danışırlar. Fəqət anlamırlar ki, belə ritorikanın sonu onlar üçün heç də yaxşı bitməyəcək. Niyə? Çünki, bu bədbəxtlərin varlığını, kimliyini, qurduqları cinayətkar dərnəyi nəinki dünya, heç öz hakimiyyətləri belə rəsmən tanımır. İkincisi, məlum addım sülh prosesinə qarşı ciddi təxribatdır və həmin ünsürlərin fəaliyyətinə rəvac verən qüvvələr də bilməli, dərk eləməlidirlər ki, bu  gedişat, bu icraat yanlışlığın kuliminasiyasıdır, əbləhliyin pikidir! Nəhayət, üçüncüsü: Əsl qayıdış haqqı olan insanlar separat rejimin kamizadzeləri deyil, Qərbi Azərbaycandan, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılardır. Yəni, əgər qayıdışdan söhbət gedirsə, o zaman məhz həmin insanların qayıdışı müzakirə predmeti olmalı və reallığa qovuşmalıdır.

Bu gün mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatını oxudum. Həmin bəyanatı nöqtə-vergülünə qədər dəstəkləyirəm. Əsas da o fikri ki, gələcəkdə Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış” komissiyası yaradılsın. Bəli. Niyə də yox? Erməni separatçılar, tör-töküntülər haqları çatmayan, olmayan məsələni qabarda bilirlərsə, biz niyə haqqımız tam çatan məsələdə sakit dayanaq?! Tamamilə real təklifdir və düşünürəm ki, yeni formalaşacaq Parlament belə bir addım atsa çox məntiqli və doğru qərar olar.” – deyə Partiya sədri fikirlərinə davam edib.
 
 

Chosen
109
7news.az

1Sources