EN

Həkim: "Transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir" » Medical Media


"Azərbaycanda digər ölkələrdə olduğu kimi, transplantasiya üçün ən çox müraciət edilən orqan böyrəkdir".

Medicalmedia.az
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, bu, əsasən böyrək çatışmazlığından əziyyət çəkən insanların sayının yüksək olması ilə əlaqədardır:

"Böyrək çatışmazlığı qanda yığılmış zəhərli maddələrin və mayelərin lazımi şəkildə xaric olunmaması nəticəsində yaranır. Bu da orqanizmin ciddi zədələnməsi, hətta ölümə səbəb ola bilər. Bu xəstələrin həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyası yeganə effektiv müalicə üsuludur".
Y.Abbasova bildirib ki, hazırda Azərbaycanda 4000-ə yaxın insan dializ alır:

"Bu insanların həyat keyfiyyətini artırmaq üçün böyrək transplantasiyasına ehtiyac var, çünki böyrək transplantasiyası onların həyatını xilas edə bilər. Buna görə də, böyrək donoru tapmaq böyük əhəmiyyət kəsb edir və bu, Mərkəzə müraciətlərin böyük hissəsini təşkil edir".

Chosen
235
2
medicalmedia.az

3Sources