Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılır.
MSK sədri qeyd edib ki, namizədlər müraciətlərini ilk olaraq Dairə Seçki Komissiyalarına göndərməlidir:
“Biz seçki dairələrinə tapşırmışıq ki, bütün şikayətlər araşdırılsın. MSK-ya 5-6 müraciət daxil olub. Şikayətçilərə bildirmək lazımdır ki, şikayətlər aidiyyatı üzrə göndərilməlidir”.
Nuranə Daxilqızı