EN

Paytaxtın bu ərazisində avtomobil yolunda təmir işləri aparılır

Bakı. Trend:

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahatgediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi tərəfindən Mehdiabad-Digah-Məmmədliavtomobil yolunda təmir işləri aparılır. Təmir işləri sözügedənyolun Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu)Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissəsində icraolunur.

Trend bu barədə AAYDA-ya istinadən məlumat verir.

Sözügedən hissənin uzunluğu 8630 metr təşkil edir.

Aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-betonörtüyünün frezlənməsi artıq yekunlaşmaq üzrədir. Hazırda frezlənməişlərinin bitdiyi hissələrdə “İnşaat Norma və Qaydaları”na əsasənyola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.

Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təminedilməsi üçün yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icraolunacaq.

Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzindəyekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi saydaqüvvə cəlb edilib.

Məqalədə:
Chosen
124
3
az.trend.az

4Sources