EN

Prokurorluq bəraət alan şəxslə bağlı protest verdi

Prokurorluq bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verib.

Oxu24.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məhkəmənin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib. Qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. Belə ki, o, xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.

A. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.

Chosen
110
15
oxu24.com

10Sources