EN

Roma Papası İndoneziyaya səfər edib

Katoliklərin ruhani lideri Papa Fransisk 12 günlük Asiya turunun ilk dayanacağı İndoneziyadadır.

Roma Papası İndoneziyaya səfəri çərçivəsində Merdeka sarayında ölkə prezidenti Coko Vidodo və digər rəsmilər ilə görüşüb.

Coko Vidodo görüş zamanı Roma Papasına Fələstinə və Fələstin xalqına verdiyi dəstəyə görə təşəkkür edib.

Müharibənin heç kimin maraqlarına xidmət etməyəcəyini ifadə edən Coko Vidodo deyib: "Müharibə mülki əhaliyə ancaq bədbəxtlik və ağrı-acı gətirir".

Papa Fransisk isə öz növbəsində bildirib ki, İndoneziyanın mədəni müxtəlifliyi hər bir hissəsi dəyişdirilə bilməyən mükəmməl bir mozaikadır.

Roma Papası Cakartadakı kilsədə xristian din xadimləri ilə də görüşüb.

Qeyd edək ki, Papa Fransisk Papa VI Pavel və Papa II İohann Paveldən sonra İndoneziyaya səfər edən üçüncü Papadır.

Papa Fransisk sentyabrın 5-də Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan Cakartadakı İstiqlal Məscidini ziyarət edəcək, həmçinin ölkədəki katoliklərlə görüşəcək. Roma Papası həmin gün Gelora Bung Karno stadionunda keçiriləcək mitinqdə çıxış edəcək.

Məlumata görə, Roma Papası sentyabrın 6-da Papua Yeni Qvineyaya səfər edəcək.

Papanın Asiya Sakit Okean regionuna 12 günlük turu çərçivəsində Şərqi Timor və Sinqapura səfər edəcəyi gözlənilir.



Chosen
119
1
trt.net.tr

2Sources