86 saylı Ağcabədi və 97 saylı Tərtər-Ağdam-Goranboy seçki dairələrində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək: "Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".