EN

MTM: Bu il Azərbaycanın BRICS ölkələri ilə olan xarici ticarət dövriyyəsi artacaq

MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə etdiyi məlumatlar əsasında apardığı təhlil göstərir ki, 2020-ci ildən 2023-cü ilədək Azərbaycanın BRICS ölkələri ilə olan xarici ticarət dövriyyəsi sürətlə artıb. Azalma yalnız 2020-ci ildə qeydə alınıb ki, buna da səbəb COVID-19 pandemiyası olub.

"Operativ Media" Media Təhlil Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-cü ilin yekununda bu rəqəm 9,78 milyard dollar, yəni 2022-ci il ilə müqayisədə 13,5 faiz və ya 1,16 milyard dollar çox olub. Cari ilin birinci yarısında isə Azərbaycanın BRICS ölkələri ilə etdiyi xarici ticarətin həcmi 4,96 milyard dollara çatıb.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında BRICS ölkələri ilə olan xarici ticarət dövriyyəsinin 2023-cü ilin yekun göstəricisinin 51 faizinə bərabər olması, ilin yekununda qeydə alınacaq rəqəmin də 2023-cü ilin nəticəsindən yüksək olacağını deməyə əsas verir.

Chosen
60
2
operativmedia.az

10Sources