"Mənim Türkiyəyə səfərim və cənab prezident Ərdoğanın əvvəlki Qahirə səfəri iki ölkə arasında yeni dostluq və əməkdaşlığa başlamaq iradəsini əks etdirir".AFN.az xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə səfəri zamanı bildirib. O, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaradadır.Sisi Esenboğa hava limanında prezident Ərdoğan tərəfindən qarşılanıb.X-dəki yazısında Misir və Türkiyə arasında köklü tarixi əlaqələrin olduğunu vurğulayan Sisi, Mustafa Kamal Atatürkün qurulduğunu elan etdiyi gündən Türkiyə ilə Misir arasında güclü siyasi əlaqələrin olduğuna diqqət çəkib.