Hit.az “Hüququmuzu bilək” rubrikasında daha bir hüquqi suala cavab verir.
İşçinin razılığı olmadan onu başqa işə keçirmək olar?
Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev qeyd edib ki, Əmək Məcəlləsinə əsasən yalnız bir halda işçinin razılığı olmadan onu başqa işə keçirmək olar:
“Bu istehsalat zərurətin ilə əlaqədar və ya boş dayanma hallarının qarşısını almaq üçün edilə bilər. Bu halda işçinin əmək haqqı və vəzifəsi kateqoriya olaraq aşağı salına bilməz. O cümlədən, işçini onun sağlamlığına mənfi təsir edən hansısa işə keçirmək olmaz".
Murad