Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasına baxmayıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazıb.
“Kuleba faktiki olaraq postunu tərk etmək istəmir və prezidentyönlü partiyanın fraksiyasının bir hissəsi iş aparıb”, – nəşr qeyd edir.
Öz növbəsində RBC-Ukrayna agentliyi bildirib ki, ölkə prezidenti Vladimir Zelenski bəzi nazirlərin istefası üçün parlamentdə səsvermənin nəticəsiz qalmasından sonra Radada “Xalqın qulluqçusu” fraksiyasının iclasında iştirak edəcək.
Azpost.info