İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, yarışın 3-cü günündə millimiz daha bir medal qazanıb.
72 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Ruslan Nurullayev bürünc medal görüşünə çıxıb. O, çinli Venhao Hu ilə qarşılaşıb. Təmsilçimiz 6:5 hesabı ilə qalib gələrək 3-cü pillənin sahibi olub.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığmasının heyətində Cocu Səmədov gümüş medal qazanıb.
Güləşçimiz Dünya Çempionatının gümüş medalını qazanıb
Güləşçimiz Dünya Çempionatında bürünc medal qazanıb
Güləşçilərimiz dünya çempionatında 2 bürünc medal qazanıb
Güləşçilərimizin DÇ-dəki çıxışı davam edir
Qadın güləşçilərimizdən rekord