EN

Zelenskidən ANONS: “Sentyabrın sonunadək yeni nəticələr olacaq”

Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib ki, Kursk əməliyyatı üçün müəyyən edilmiş bütün tapşırıqlar uğurla icra olunur.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

“Hər gün olduğu kimi, bu gün də cəbhənin hər bir hissəsində, xüsusən də Kursk bölgəsindəki əməliyyatlar çox vacibdir. Əməliyyatımızın bütün konkret tapşırıqları tamamilə yerinə yetirilir”, – deyə Zelenski bildirib.

O, bütün dünyada bu müharibəyə son qoymağa çalışan və real iş aparan Qərb liderləri ilə mühüm görüşlər keçirəcəyini açıqlayıb.

Zelenski çıxışı zamanı sentyabrın sonunadək uğurlar və yeni nəticələr vəd edib.

“Bu, ilk növbədə, hava hücumundan müdafiəyə aiddir”, – deyə Zelenski bildirib.

Günel Mikayılova,

KONKRET.az

Chosen
51
konkret.az

1Sources