EN

Ukraynada işdən çıxarılan baş nazirinin müavininə yeni vəzifə verildi

Baş nazirin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk Ukraynanın Prezident Aparatına təyin olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Prezident dedi ki, Prezident Aparatında mənə ehtiyacı var. Ona görə də Aparat rəhbərinin müavini vəzifəsinə keçirəm. Mən Ukrayna xalqına xidmət edirəm!”, – deyə Vereşçuk qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Chosen
136
konkret.az

1Sources