Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarında nasazlıq yaranıb.
Bizim.Media xəbər verir ki, sərnişinlər qatarın içində 10 dəqiqədən çox gözləməli olublar.
Həmçinin havalandırma sistemi də işlək vəziyyətdə olmayıb.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, bu gün saat 18:25-də Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6017 saylı sərnişin qatarının havalandırma sistemində nasazlıq müşahidə olunub:
"Qatar Sumqayıt stansiyasına çatdıqdan sonra havalandırma sisteminə yerində baxış keçirilib və qatar digər qatarla əvəzlənib. Qatarın Sumqayıt stansiyasına 12 dəqiqə gecikmə ilə çatması xəbəri ilə bağlı bildirmək istərdik ki, qatar hərəkət qrafikindən qismən kənara çıxmaqla - yəni 6 dəqiqə yubanma ilə mənzil başına çatıb. Bununla yanaşı, qeyd etmək istərdik ki, sürətli sərnişin qatarlarına artan tələbat səbəbindən Abşeron Dairəvi marşrutu üzrə stansiyalarda qatara minik zamanı sıxlıq müşahidə edilir ki, bu da qatarların platformadan qrafik üzrə yola düşməsini qismən gecikdirir".
Bizim.Media