EN

Maduronun ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb

Maduronun

Venesuela prezidenti Nikolas Maduronun ikinci şəxsi təyyarəsi Dominikan Respublikasında saxlanılıb.

APA xəbər verir ki, bu barədə sentyabrın 4-ündə mənbələrə istinadən “Diario Libre” qəzeti məlumat yayıb.

Məlumatda Venesuelaya aid təyyarənin ölkəni tərk etməsinin qadağan edildiyi bildirilir.

“Hazırda təyyarə beynəlxalq hava limanında müşahidə altındadır. Onun məhkəmə qərarı olmadan uçması qadağandır”, - deyə mənbə nəşrə bildirib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 2-də Maduroya məxsus “Dassault Falcon 900EX” təyyarəsinin ələ keçirildiyini açıqlayıb.

Ələ keçirilən təyyarə Dominikan Respublikasından Floridaya yönləndirilib. Nazirlik bu qərarın ABŞ sanksiyaları və ixraca nəzarət qanunlarının pozulması ilə bağlı olduğunu izah edib.

Chosen
100
1
xalqcebhesi.az

2Sources