EN

Tanışının evinə qonaq getdi, avtomobilini qaçırdı - HÖKM

Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən İdrak Təhməzovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və İdrak Təhməzov məhkəmə zalından dərhal azad edilib. 

 

İttiham aktına əsasən, İdrak Təhməzov tanışı, zərərçəkmiş Fərəc Omarovun (şərti) Abşeron rayonunda kirayədə yaşadığı evinə qonaq gedib. O, zərərçəkmiş şəxsin sərxoş vəziyyətdə evdə yatmasından istifadə edərək, onun “Chevrolet Cruze” markalı avtomobilinin açarlarını götürüb. Sonra İdrak maşını talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırıb.

 

Hadisədən sonra İdrak Təhməzov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 5 Sentyabr 2024, 09:04   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
pravda.az

1Sources