Polşada tanınmış model və televiziya ulduzu Paulina Lerç və həyat yoldaşı Slavomir Poznan şəhəri yaxınlığındakı evlərində ölü tapılıb.
Â
Milli.Az azxeber-ə istinadla bildirir ki, Slavomir may ayında narkotik alverində şübhəli bilinərək həbs edilib.
 Â
Bir həftədən çox müddətdə qızları Paulinadan xəbər ala bilməyən ailənin evə gəlməsiylə onların cəsədi aşkarlanaraq polisə məlumat verilib.
Â
Polis hadisəni qətl-intihar kimi qiymətləndirib və hadisə Polşada böyük əks-səda doğurub.
Â
İlkin məlumatlara görə, Slavomir əvvəlcə həyat yoldaşını sonra isə silahla özünü vurmuş ola bilər. Cütlüyün cəsədləri yan-yana tapılıb və əllərində silah olub. Qapının içəridən kilidli olması da bu nəzəriyyəni gücləndirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun