2024-cü ilin yanvar–iyun aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 280,6 milyon dollar təşkil edib. Bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat verib.
Bildirilib ki, hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 24,5 milyon dollar, bu ölkədən Azərbaycana ixrac isə 256,1 milyon dollar təşkil edib. Statistikaya əsasən, ölkəmizin Qazaxıstanın ümumi ticarət dövriyyəsində payı 0,4 faiz, ümumi ixracda payı isə 0,7 faiz təşkil edib.