Yaxın günlərdə satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçməDiqqət! MKS Academy-nin əmək qanunvericiliyinə son dəyişikliklərlə bağlı tematik təlimi 7 sentyabr (şənbə günü) tarixində onlayn (saat 10:00 - 13:00) və əyani (saat 15:00 - 18:00) formada olaraq həyata keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və [email protected] adressi ilə əlaqə saxlamaq lazımdır.Son dəyişikliklərədək müddətli əmək müqaviləsi ilə bağlı həmkarlarımız arasında yaranan mübahisələrdən biri də, müddətli əmək müqaviləsinin avtomatik olaraq artırılmasında müddətin müəyyən edilməsi idi.Misal. İşəgötürən 1 mart 2024-cü il tarixdə işçi ilə 3 aylıq müddətinə müddətli əmək müqaviləsi bağlayıb. İşəgötürən 1 iyun tarixində işçi ilə artıq 3 aylıq yox, 2 aylıq müddətinə əmək müqaviləsi imzalayır. İşəgötürən 1 avqust 2024-cü il tarixdə müqavilənin müddətinin dəyişməsini əmək müqaviləsinə dəyişikliklə həyata keçirmir. Burada belə bir sual meydana çıxır: Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən, həmin müqavilə yenidən sonuncu dəfə müəyən olunan 2 aylıq müddətə, yoxsa müqavilənin ümumi müddəti olan 5 aylıq müddətə uzadılacaq? Həmkarlarımız arasında fikir ayrılığının yaranmasının əsas səbəbi Əmək Məcəlləsinin 73-cü maddəsinin öncəki redakiyasında qeyd edilən “həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsi olmuşdu.Əmək Məcəlləsində edilən son dəyişikliklər həmkarlarımız arasında yaranan fikir ayrılığına son qoydu. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsindəki “həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsi əvəzinə, “həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır” ifadəsindən istifadə edildi. Əmək müqaviləsinə edilən dəyişikliklər yeni əmək müqaviləsi formasında yarandığı üçün sonuncu dəyişiklik zamanı 2 ay müddətinə əmək müqaviləsinin artırılması baş verib. Bu səbəbdən də yeni dəyişikliyə uyğun olaraq, müddətin artırılması dedikdə, sonuncu dəfə əmək müqaviləsində göstərilən müddət başa düşülməlidir.