Qanadan (Qərbi Afrikada dövlət) olan 23 yaşlı jurnalist Əbdül Hakim Aval 24 saat 21 dəqiqə ağacı qucaqlayaraq Ginnesin Rekordlar Kitabına düşüb.Missiya.Az xəbər verir ki, bu barədə həmin kitabın saytı məlumat yayıb.Belə ki, jurnalist bu il 16 saat ağacı qucaqlayan uqandalı ekoloji fəal Faith Patrisia Ariokotun rekordunu qırıb. Aval ölkəsinin təbiətini qorumaq və səhralaşma ilə mübarizə aparmaq zərurətinə diqqət çəkmək üçün Ariokotun nailiyyətini üstələmək qərarına gəlib. İndi eyni məqsədlə jurnalist 1461 ağac əkməyi öhdəsinə götürüb.
Zərintac MayisqızıMissiya.Az