Avtomobil şirkəti "Volvo", 2030-cu ilə qədər yalnız elektrikli avtomobillər istehsal etmək hədəfindən əl çəkdiyini açıqlayıb.
Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, indi şirkət o tarixə qədər hibrid avtomobilləri də satacağını söyləyib.
Avtomobil istehsalçısı üç il əvvəl elan etdiyi hədəfdən imtina etmək qərarına görə dəyişən bazar şərtlərini günahlandırıb.
Belə ki, sənayenin bəzi əsas bazarlarında elektrikli nəqliyyat vasitələrinə (EV) tələbat azalıb. Şirkət həm bu səbəbdən, həm də Çin də müəyyən edilən elektrikli avtomobillərlə bağlı yeni və ağırlaşdırılmış ticarət tariflərinin tətbiqinə görə hibrid avtomobillər də satacaq.
Bununla da, "Volvo" ənənəvi olaraq ətraf mühitə dair etimadnamələrini nümayiş etdirən, EV ambisiyalarını geri götürən digər böyük avtomobil istehsalçıları General Motors və Ford-a qoşulub.
"Volvo" indi 2030-cu ilə qədər istehsalının ən azı 90%-nin həm elektrikli avtomobillərdən, həm də plug-in hibridlərdən ibarət olacağını bildirib. Bu planı 2040-cı ildən qüvvəyə mindirəcəyini açıqlayıb.
Xatırladaq ki, “Volvo”nun baş icraçı direktoru Cim Rovan verdiyi açıqlamada demişdi ki, onlar öz gələcəylərinin elektrikdən asılı olduğuna inanırlar.
“Lakin aydındır ki, elektrikləşdirməyə keçid düzxətli xarakter daşımır. Eyni zamanda müştərilər və bazarlar müxtəlif müasirliyə müxtəlif sürətlərlə uyğunlaşırlar”, - baş icraçı direktor vurğulayıb.
Şirkət həmçinin, şarj infrastrukturunun yavaş yayılması və istehlakçı təşviqlərinin geri çəkilməsi kimi amillərə görə elektrikli avtomobillər üçün iş mühitinin dəyişdiyini də söyləyib.
Qeyd edək ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Avropa İttifaqında elektrikli avtomobillərin qeydiyyatı iyul ayında təxminən 11% azalıb.
Bizim.Media