EN

Azərbaycan və İtaliya yaxında birgə müəssisələr yaradacaqlar - Manuela Traldi

Roma. Trend:

Azərbaycan və İtaliya yaxın vaxtlarda müxtəlif sahələrdə birgəmüəssisələr yaradacaqlar.

Trend-in məlumatına görə, bu barədə Romada jurnalistlərəİtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldibildirib.

“Biz azərbaycanlı həmkarlarımızla özəl sektor nümayəndələrininiştirakı ilə çox faydalı və səmərəli görüşlər keçirdik. İtaliyanınsahibkarlıq naziri və Azərbaycanın iqtisadiyyat nazirinin iştirakıilə yüksək səviyyəli dəyirmi masa da nəzərdə tutulub”, - deyə obildirib.

Ticarət Palatasının işindən danışan Traldi qeyd edib ki, qurumAzərbaycana investisiyaların cəlb edilməsinə yönəlib.

“Biz bunu müxtəlif yollarla edirik, Azərbaycanı İtaliyadatanıtmağa çalışırıq, İtaliya şirkətlərindən investisiya cəlb etməyəkömək edə biləcək bütün elementlərdən istifadə edirik. Bizümidlərimizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinəbağlayaraq, hələ 2012-ci ildə İtaliya-Azərbaycan Ticarət Palatasınıyaratdıq. Şəxsən mən əmin idim ki, TAP nə vaxtsa reallaşacaq vəölkələrimiz daha da yaxınlaşacaq”, - deyə Ticarət Palatasınınprezidenti bildirib.

Traldi əlavə edib ki, bir neçə layihə üzərində iş gedir.

“Bu kontekstdə biz Azərbaycanın investisiya şirkətləri, İxracınvə İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İqtisadiyyatNazirliyi ilə sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, perspektivlərçox böyükdür. Biz Azərbaycanda biznes mühitinə, istehsal mühitinəən qabaqcıl İtaliya texnologiyalarını gətirəcək birgə müəssisələryaradacağıq. Bu, iqtisadiyyatın daha da inkişafına vəşaxələndirilməsinə töhfə verəcək”, - deyə o bildirib.

Ticarət Palatasının prezidenti qeyd edib ki, birgə müəssisələryaradılarkən sənaye sektoruna, o cümlədən, neft-kimyaya, eləcə də,Azərbaycanın metallurgiya istehsalına və kənd təsərrüfatınaüstünlük veriləcək.

“Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafına dəstəkverəcək bir neçə layihəmiz var. Bundan əlavə, biz səhiyyəsektorunda, sənaye sektorunda, eləcə də, İtaliyanın innovasiyayamalik olduğu digər sahələrdə yeni layihələr hazırlayırıq. Söhbətqida sənayesi, eləcə də, dəri emalı, ayaqqabı istehsalı vətoxuculuq kimi sektorlardan gedir”, - deyə o bildirib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
4
az.trend.az

5Sources