“Qərb dövlətləri və Ukrayna dialoqdan imtina etdikdən sonra Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayıb”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya”ya müsahibəsində deyib.
"Bu, kollektiv Qərb ölkələri və Ukraynanın hər hansı dialoq təklifini rədd etməsindən sonra istifadə edilən tədbirdir", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az