EN

Suriyanın şimalında 12 əsgərin meyidi tapılıb

Suriyanın şimalında 12 əsgərin meyidi tapılıb

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) sentyabrın 4-də Suriyanın şimal-qərbində 12 suriyalı əsgərin öldürüldüyünü bildirib. Bu, 2023-cü ilin sentyabrından bəri bölgədə ən yüksək hərbi ölüm sayıdır.

AFP-nin məlumatına görə, əsgərlər “Əl-Qaidə” ilə əlaqəli intihar hücumları nəticəsində həlak olublar. SOHR hesabatında bildirilir ki, ölən əsgərlər arasında bir zabit də var. 12 nəfərin hamısı “Heyət Təhrir əş-Şam” qruplaşmasının əməliyyatı zamanı həlak olub. Qrupun yaraqlıları İdlibə bitişik şimal Latakiyadakı Suriya mövqelərinə sızıblar. Əsgərlərin kamikadze hücumu nəticəsində həlak olduğunu iddia edilir.
Qrup hazırda İdlib əyalətinin bir hissəsinə və qonşu Hələb, Həma və Latakiyanın bir hissəsinə nəzarət edir. Burada 2020-ci ildən atəşkəs rejimi qüvvədədir.

//Samir Qurbanov, Editor.az

Chosen
63
50
editor.az

10Sources