EN

Azər Türk Bankdan yeni tədris ili münasibətilə kampaniya

® Dövlət bankı Azər Türk Bank yeni tədris ilinin başlanması ilə əlaqədar Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə növbəti kampaniyaya start verir.

Belə ki, 05 sentyabr 2024-cü il tarixindən etibarən Bankın atb card debet, atb Junior və yeni nəsil əməkhaqqı kartı sahibləri kitab, ofis və dəftərxana ləvazimatı, həmçinin geyim və aksessuar mağazalarında Google Pay və Apple Pay ilə ödənişlər zamanı 7% həcmində cashback əldə edəcəklər.

Hesablanacaq maksimum cashback limiti 200 manat həcmindədir.

Kampaniyanın müddəti 15 sentyabr daxil olmaqla həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

 

Chosen
118
44
banker.az

10Sources