EN

Yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ

Milli operator “Azərpoçt”un adından yeni dələduzluq növü yaradılıb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Paylaşımlarda poçt şöbəsinin adından dələduzluq məqsədilə istifadə edilərək 6 aydan çox saxlanmış bağlamalar 2,28 AZN-ə satışa çıxarıldığı əks olunub.

Xatırladaq ki, daha öncə də “Azərpoçt”un adından saxta linklər açılaraq insanların kart hesabları və digər şəxsi məlumatları oğurlanıb. Bununla bağlı “Azərpoçt” davamlı olaraq əhaliyə xəbərdarlıq edib, poçtun adından göndərilən saxta linklərə girməməyi məsləhət görüb.

Aygün Mirakif,

KONKRET.az

 

 

Chosen
120
konkret.az

1Sources