EN

Con Kirbi: ATACMS Rusiyanın döyüş təyyarələrinin 90 faizini vurmaq iqtidarında deyil

ATACMS taktiki raket sistemləri Rusiyaya məxsus döyüş təyyarələrinin 90 faizini vurmaq iqtidarında deyil.

APA xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun qənaətincə, Rusiya qırıcıları modernləşdirmə tədbirləri sayəsində sözü gedən sistemlərin hədəfindən yayına bilir. C. Kirbi eyni zamanda ölkəsinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinin mümkünlüyü ilə bağlı siyasətində dəyişikliyin olmadığını vurğulayıb.

ABŞ rəsmisinin sözlərinə görə, rəsmi Vaşinqtonun Ukraynaya xüsusilə də hava hücumundan müdafiə sahəsində dəstəyi davam etdiriləcək.

Chosen
158
1
apa.az

2Sources